@Harukaze5719 tərəfindən yayılan və Avrasiya İqtisadi Komissiyası verilənlər bazasında müşahidə olunan məlumata əsasən, RDNA 3 GPU arxitekturana sahib 3 yeni kart təqdim edilə bilər. Bu kartlar isə Radeon RX 7800, RX 7700 və RX 7600 XT-dir. Ehtimal olunur ki, AMD Radeon RX 7800 və RX 7700, mövcud XT kartlarının daha zəif variantları olacaq. Təxminən 10-15% performans fərqi və tabii ki, daha aşağı qiymətlər gözlənilir.
NVIDIA’nın RX 7800 XT və RX 7900 XT kartlarına qarşı rəqabəti, RTX 4070 & Ti SUPER kartlarının çıxışı ilə daha da güclənəcək. AMD’nin yeni kartlar çıxaracağı və ya yalnızca qiymətləri endirərək NVIDIA ilə rəqabət aparmağa çalışacağı isə hələ ki dəqiq bilinmir.Daha öncə də RX 7950 XTX, RX 7950 XT və RX 7500 XT GPU-ları da siyahıya alınmışdı və EEC’də 7850 XT, 7750 XT və 7650 XT GPU-ları haqqında məlumatlar yayılmışdı. Lakin bu kartların heçbiri rəsmi olaraq çıxmayıb.