Texnologiya

TimeSpy Extreme Leak testlərinə görə AMD RX 9070 XT-nin RTX 4080 SUPER-dən daha yaxşı ola bilər

AMD RX 9070 XT ekran kartının performans nəticələri yayımlandı və bu nəticələr kartın NVIDIA RTX 4080 SUPER-dən üstün olduğunu göstərir.

AMD RX 9070 XT: 330W TDP və 2K Oyunlar üçün İdeal seçim

RX 9070 XT 330W TDP-ə malikdir və bu, yüksək enerji istehlakı deməkdir. GPU-Z məlumatlarına görə, kartın 3060 MHz Boost Clock və 2520 MHz Base Clock sürətləri var, həmçinin 16 GB VRAM ilə təchiz edilib.

3DMark TimeSpy Extreme testində RX 9070 XT 14,558 bal toplayıb, bu da RTX 4080 SUPER-in 14,176 balından 2.6% daha yüksəkdir. Speed Way testində isə RX 9070 XT 63.46 FPS nəticə göstərib.

Sizə maraqlı gələ bilər  God of War ilk üçləmə remastered gəlir !

Söyləntilərə görə, RTX 4080 SUPER 999 dollar, RX 9070 XT isə 499 dollar qiymətində olacaq. Əgər bu qiymətlər təsdiqlənərsə, RX 9070 XT bazarda ciddi rəqabət yaradacaq.

Qeyd etmək lazımdır ki, hazırda RDNA 4 sürücüləri beta mərhələsindədir və rəsmi sürücülər yayımlandıqdan sonra performans göstəricilərində dəyişikliklər ola bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin baxın
Close
Back to top button