Bu mod RTX 3080 ilə Cyberpunk 2077 Path tracing aktivləşdirib axıcı oynamaq imkanı yaradır!
AMD FSR 3.0'ın qaynaq kodlarını açıq şəkildə paylaşdı. Bu, oyunçulara, modderlərə və oyun inkişafçılarına FSR-ni dərhal proqramlara əlavə etmə imkanı verir.
Bu mod, DLSS 3.0 dəstəkləyən bütün oyunlarda yüksək FPS əldə etmək imkanı təmin edir. Mod, DLSS 3.0’ı FSR 3.0 ilə əvəzləyir. NVİDİA istifadəçiləri üçün əsas fərqli əhəmiyyətli məqam, Frame generation + DLSS funksiyasını aktivləşdirməkdir, bu da normalda əldə etdiyiniz nəticəni 2 dəfəyə yaxın artıra bilər. Yəni NVİDİA’nın yalnız RTX 40 seriyasını dəstək verərək unuduğu RTX 30 seriyasına dəstək elə məhz AMD tərəfindən təqdim edildi. Artıq oyuncular, bu mod sayəsində FSR3-ü The Last Of Us Part 1 və ya hətta Cyberpunk 2077 kimi oyunlarda istifadə edə bilirlər.
Nukem9 tərəfindən yaradılan DLSSG-TO-FSR3 adlı mod, pulsuz və rahatlıqla istifadə edilə bilən yeni modlar arasındadır. Modu istifadə etmək üçün aşağıdakı addımları izləyin:
1. dlssg-to-fsr3-0.3.zip arxivini yükləyin (~4.27 MB).
2. Arxivdəki məlumatları Cyberpunk 2077 qovluğuna kopyalayın, beləliklə dbghelp.dll və dlssg_to_fsr3_amd_is_better.dll faylları əsas EXE faylının olduğu eyni qovluqda olacaq.
3. Çox vacibdir: FSR 3 Frame Generation istifadə etmək üçün Windows parametrlərində Hardware Accelerated GPU Scheduling (Hardware-ə əsaslanan GPU planlaması) aktiv edilməlidir.
4. Oyunu başladın, qrafika seçimlərinə daxil olun və DLSS Frame Generation (DLSS Çərçivə Generasiyası) funksiyasını aktiv edin.
İstifadəçilər, bu modun çoxlu oyunlarda problem yaşamadan işlədiyini bildirir, məsələn, Cyberpunk 2077 və ya The Witcher 3 kimi oyunlar. Lakin, Ratchet and Clank: Rift Apart, Dying Light 2 və Hitman 3 kimi oyunlarda bəzi problemlər ola bilər. Unutmayın ki bu hələ başlanğıcdır və get-gedə daha yaxşı hala salınacaq.