TexnologiyaTexnologiya Xəbərləri

DirectSR, müxtəlif “upscale” texnologiyalarını bir interfeys altında birləşdirməyi hədəfləyir.

GDC 2024 tədbirində, Microsoft, AMD və NVIDIA upscale tətbiqlərini daha sadə hala gətirə biləcək yeni bir texnologiya təqdim etdilər. Bu yeni texnologiya, upscale texnologiyalarını ayrı-ayrı tətbiq etmədən, onları asanlıqla inteqrasiya etmə imkanı verir. Artıq bu texnologiyaların GPU və ya NPU istifadə edib etmədiyi əhəmiyyətli deyil, çünki hər iki seçim də dəstəklənir.

Oyunçular üçün böyük bir problem aldıqları kartda donanımın olması amma istədikləri texnologiyaların oyunlarda tətbiq olunmaması idi. Əgər oyunlar DirectSR’ı dəstəkləsələr, artıq bir platforma vasitəsilə bütün texnologiyaları da dəstəkləyəcəyi üçün belə bir problem yaşanmayacaq.

Sizə maraqlı gələ bilər  NVIDIA RTX Remix Açıq Beta artıq mövcuddur
 
DirectSR’ın Windows PC və Xbox sistemlərində tətbiq olunması nəzərdə tutulmuşdur, hətta artıq çıxmış oyunlar üçün də tətbiqi mümkündür. Sektorun ən böyük iki GPU satıcısı olan AMD və NVIDIA bu layihədə aktiv olaraq iştirak edirlər.Bu da proyektin uğurlu ola bilmə ehtimalını artırır.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin baxın
Close
Back to top button