Texnologiya
MSI’a aid portativ cihaz CLAW haqqında təfərrüatlar paylaşılıb.
Cihaz Intel Core Ultra 7 155H və Arc iGPU ilə təchiz olunub və 32GB RAM'a sahibdir.

MSI, ASUS və Lenovo ilə açıq rəqabətə girmək niyyətindədir. Cihazda istifadə olunacaq CPU, 16/22 nüvə konfiqurasiyası ilə təchiz olunacaq ki, bu, Asus Z1 Extreme’dən 2 dəfə yüksək göstəricidir. Cihazın CPU-su 6 performans, 8 məhsuldarlıq və 2 LP nüvəsinə sahibdir. Daxili videokart isə 8Xe-Cores ilə gücləndirilib və 2.25 GHz sürətinə çıxa bilər. RDNA3 arxitekturalı, 7040 və 8040 seriyasına bənzər performansa sahib olacağı gözlənilir. Bununla birlikdə, cihazın 32 GB RAM-a sahib olması faktı da ortaya çıxıb, bu, Rog Ally və Legion Go’dan 2 dəfə yuxarıda deməkdir. Cihazın CES 2024 təqdimatında görünəcəyi düşünülür.