Suyu (Sue-you) adından görüldüyü kimi Yuzu’nun etdiyi səhvləri etməyəcəyini özəlliklə qeyd edir. Proyektin tərkibində keçmiş Yuzu developerlərindən bəziləri də var.
Layihənin GitLab səhifəsində “biz bu layihədən pul qazanmaq və ya qazanc əldə etmək niyyətində deyilik” açıq şəkildə ifadə edilir, Nintendo’nun Yuzunun qazanc əldə etməsinə dair bir neçə dəfə istinad etməsindən sonra bu vacib bir bəyanatdır.
Suyu tərtibatçıları Yuzunun müəllif hüquqları ilə qorunan oyunları necə oynamaq barədə təklif etdiyi addım-addım təlimatlar barədə də xəbərdarlıq edib. Bu təlimatlar Nintendonun mərkəzinə çevrilmişdi; Yuzu’nun Discord-da bəzi söhbətlərinin piratlığı qəbul etdiyini və təsdiqlədiyini göstərən nümunələr də işə daxil edilmişdi.
Suyu, digər tərəfdən, platformalarında potensial piratlıqla bağlı müzakirələrə belə icazə verməkdə qərarlıdır. Suyu GitLab səhifəsi açıq şəkildə bildirir ki, tərtibatçılar “heç bir növ piratlığı dəstəkləmir”; Bu, Yuzunun GitLab səhifəsində və ya veb saytında görünməyən bir mesaj idi.
Suyu Discord-da 1 nömrəli qayda budur ki, “piratlıq qadağandır”. Buraya oyunların yüklənməsi və ya “sistem faylları, ROM-lar, şifrələmə açarları, şeyder keşləri və sızan oyunların müzakirəsi və s.” haqqında hər hansı söhbət daxildir. Həmin qaydalara görə, hətta verilən suallarda pirat sözünü qeyd etmək belə Discord-da xəbərdarlıq almaq üçün kifayətdir.
Suyu tərtibatçıları Yuzu və ya Tropic Haze [Yuzu Patreon-u işə salmaq üçün qurulan MMC] ilə bağlı bütün istinadları mənbə kodundan silməklə bağlı çox çalışırlar. Komandanın qanuni məsuliyyətdən qaça bilmək üçün müəyyən DRM kodunu da dəyişdiyi deyilir.
“Nintendo-nun iddiasının əsas hissələrindən biri yuzu tərəfindən title.keys yaradılması idi. Bu, bizim sildiyimiz/yenidən işlədiyimiz ilk şeylərdən biridir. Suyu istifadəçidən Switch konsolundan öz oyunlarını, məhsul açarlarını və proqram təminatını təqdim etməyi tələb edəcək.” deyə qeyd olunur.
Suyu GitLab”da qeyd olunub ki, “Suyu istifadə etmək üçün sizə qanuni olaraq əldə etdiyiniz və pulunu ödədiyiniz real Switch sisteminizdən və oyunlardan açarlar lazımdır. Lakin açarların istifadəçinin Switch-dən qanuni olaraq alındığını yoxlamaq üçün bir yol yoxdur”.
Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.