OyunTexnologiyaTexnologiya Xəbərləri

NVIDIA RTX Remix Açıq Beta artıq mövcuddur

Klassikləri RTX ilə Remaster Edin

PC oyun modlaması böyük bir sahədir – hər il 10 milyardan çox oyun modu yüklənir. Modlar grafikləri təkmilləşdirir, daha sürətli GPU-lar çıxdıqca oyunun ömrünü yeni məzmunla uzadır.

NVIDIA RTX Remix, modderlərə sevdikləri klassik oyunlarını tam ray trecinq (ya da path trecinqi) ilə, NVIDIA DLSS (Deep Learning Super Sampling), NVIDIA Reflex, müasir fiziki əsaslı renderinq (PBR) və generativ AI (sintetik intellekt) tekstur alətləri ilə remaster etmək imkanı yaradır.

İndi bütün modderlər NVIDIA RTX Remix Açıq Beta versiyasını pulsuz yükləyə bilərlər. Omniverse Launcher’ı yükləyin, “exchange” bölümündə RTX Remix’i axtarın və onu yükləyib/quraşdırın.RTX Remix artıq NVIDIA’nın öz Portalında RTX ilə gözəl remasterlər təqdim edib, həmçinin modder tərəfindən yaradılan Portal: Prelude RTX onlardan biridir. Hazırda Orbifold Studios, RTX Remix istifadə edərək Half-Life 2 RTX: An RTX Remix Projectini hazırlayır.

Sizə maraqlı gələ bilər  ASUS GeForce RTX 4080 SUPER Noctua OC Edition görüntüləndi!

NVIDIA RTX Remix, yaradıcılar üçün olan NVIDIA Studio’nun bir hissəsi və NVIDIA Omniverse əsasında qurulmuş, DirectX 8 və 9 oyunlarını remaster etmək üçün olan bir platformadır. Məsələn, Call of Duty 2, Hitman 2: Silent Assassin, Garry’s Mod, Freedom Fighters, Need for Speed Underground 2 və Vampire: The Masquerade – Bloodlines kimi oyunlar bu platformada təkmilləşdirilir.

[Video 1]

[Video 2]

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button