Bu iddialar “Moore’s Law is Dead” kanalı tərəfindən ortaya atılıb. Konsol çox erkən mərhələdədir və ən az 2 il sonra çıxa biləcək. Parametrləri hələ tam təyin olunmayıb, amma hazırda bilinən məlumatlara əsasən, AMD tərəfindən təchiz olunacaq və 18 CU 1.8 GHz və ya daha aşağı sürətli bir GPU ilə təchiz olunacaq. Bu video kart PlayStation 4 və PlayStation 5 oyunlarını oynamaq üçün kifayət səviyyədə olacaq. Amma hər PlayStation 5 oyunu üçün nəzərdə tutulmayıb və ya olsa da çox aşağı ekran ölçüsü ilə özəlliklə bu cihaz üçün uyğunlaşdırılmış variantı çıxarılacaq.
Sony hələ proyekti təsdiqləməyib, amma üzərində işləməyə başlanılıb. Əgər təsdiqlənərsə, cihazın PlayStation 6 dövründə təqdim edilmə ehtimalı var.