XPG hibrid hava və maye soyutması prototipi hazırlayıb.
280w'a qədər dəstəyi olan bu prototip həm AMD həm də Intel CPU'larını dəstəkləyir.
Görünüşünə görə standart bir hava soyutması kimi görünən məhsul, əslində daxili dizayn baxımından çox fərqlidir.XPG, bu məhsulun birləşdirilmiş nasos, loop və radiatora sahib olması ilə standart dizaynlarla müqayisədə temperaturu aşağı saldığını bildirir.
Bu blok Intel və AMD’nin yüksək səviyyəli CPU-ları üçün nəzərdə tutulmuş olsa da, Core və Ryzen kimi əsas çiplər də dəstəklənir.Soyutma hissəsinə gəldikdə, bu qurğunu soyudan iki 120mm VENTO PRO PWM pərləri var və hər ikisinin Nidec tərəfindən dizayn edildiyini nəzərə alsaq, çox yaxşı hava axını olmasını gözləyə bilərsiniz.
XPG bildirir ki, onların hibrid dizaynı adi maye soyuducudan sadəcə daha kiçik ölçülü deyil, həm də yüngüldür və ikili hava/maye mexanizmi sayəsində adi hava soyuducudan da daha yaxşıdır. Bundan əlavə, şirkət RGB dəstəyi təklif edir və tanınmış proqram ekosistemlərini dəstəkləyir. Qiymət və mövcudluq barədə hələlik məlumat yoxdur.