Oyun

The Last of Us Part 2 Remastered çıxış tarixi

Naughty Dog firmasının yeni pul tələsi

2020-ci ildə çıxan və hekayəsindəki müxtəliflilik ilə oyunçuları iki hissəyə bölən ( oyun pisdir və ya yaxşıdır müzakirəsinə görə ) The Last of Us Part 2 oyununun Remastered versiyası gəlir. 19 yanvar 2024-cü ildə oyun çıxacaq və Playstation 5 konsoluna özəl olacaq. Oyun sahibləri 10 dollar verərək bu versiyanı əldə edə bilərlər. Bəs pc-yə nəvaxt gələcək ? deyə sual verirsizsə bu tarix hələki bəlli deyil. Ama fikrimcə çox keçməz gələr. Çünki bu oyunu böyük ehtimalla pc-yə port edirlər ki, belə bir remastered çıxarırlar. The Last of Us Part 1 Remake-də belə olmuşdu. Oyun remake edildi sonra pc-yə gəldi.

Ama mənim fikrimcə buna gərək yox idi. Çünki oyun daha yeni çıxıb və qrafikləri də yaxşıdan da yaxşıdır. Biz görmüşük ki, 2000-ci illərin oyunlarına remastered gələr ki, biraz da olsa yeni qrafiklərlə oyunu oynaya bilək. Amma bu Sony bizi soymağa çalışır yenə. Bir oyunu makyajlıyıb neçə dəfə satarlar? Amma mən bilirəm ki, bu Remastered versiya da yaxşı satılacaq.

Sizə maraqlı gələ bilər  NVİDİA CEO'su, oyunların 10 il sonra tamamilə süni intellekt tərəfindən yaradıla biləcəyini düşünür.

Yenə də bu əfsanə sənət əsərini pc-də oynamaq üçün alışıb yanıram. Çünki bu oyunda hekayə desən hekayə, vuruş hissi desən vuruş hissi, qrafiklər desən qrafiklər, animasiyalar bütün bunlar hamsı tam yerinə oturur. Bircə hekayəsindəki müəyyən hissələrdə problem yaşayıb oyunçular. O da oyunçudan oyunçuya dəyişir. Amma fikrimcə bu Remastered versiyanın yerinə The Last of Part 3-ü çıxarmağa çalışsalar daha yaxşı olar.

Çünki artıq vaxtıdır. 19 yanvarı gözləyək..

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Back to top button