TexnologiyaTexnologiya Xəbərləri

RTX 40 Super seriyasının qiyməti barədə bəzi məlumatlar yayılıb.

4080 SUPER $999, 4070 Ti SUPER $799, 4070 SUPER $599

İddialar doğru olarsa NVİDİA, AMD ilə ciddi rəqabətə girməyi düşünür. Belə ki, Super seriyası sırası ilə birbaşa AMD rəqiblərini hədəf alır.

Seriyanın ən güclü nümayəndəsi, RTX 4080 Super, RX 7900 XTX’ı hədəf alır.Bunu qiymətləndirməyə göz gəzdirərək anlamaq çətin deyil. Çünki (ABŞ-da) hazırki qiymətləndirmələrə görə RX 7900 XTX $800-1000 arasında satılır. Hazırki RTX 4080 modeli, AMD-dən daha yüksək Ray Tracing imkanlarına malik olsa da, saf güc aspektində geri qalır. Super modeli ilə birlikdə, NVIDIA bu fərqi aşmağa çalışa bilər.Beləliklə sadəcə RT deyil bütünlüklə AMD’dən üstün ola biləcək.

RTX 4070 Ti Super, eyni qiymət ($799) ilə satışa çıxarılacaq. Bu modelin 16 GB VRAM-a yüksəldilməsi də gözlənilir. Bu model isə RX 7900 XT ilə rəqib olacaq. RX 7900 XT 20 GB VRAM-a sahibdir, ancaq RTX 4070 ilə müqayisədə ortalama 15% artım var. Bu da onu RX 7900XT ilə rəqabət edə biləcək səviyyəyə çıxarır.

Son olaraq, RTX 4070, RX 7800 XT ($499) və RX 7900 GRE ($649) modellərinin arasında bir yerdə ola bilər və $599 qiyməti ilə satışa çıxarılacaq.

RTX 4080S modeli AD103-400 GPU, 10,240 nüvə, 320 TMUs, 112 ROPs və 64MB keş yaddaşına sahib olacaq. Baza sürəti 2295 MHz olub, boost sürəti isə 2550 MHz-a çatacaq ki, bu da RTX 4080 ilə müqayisədə olan 2205 MHz və 2505 MHz olan sürətlərdən yüksəkdir. 256 bit və 16GB GDDR6X yaddaş konfiqurasiyası, RTX 4080 ilə eynidir, lakin bu dəfə 23GBps və 736 GB/s bant genişliyi imkanı var. TGP dəyəri, hər ikisi üçün də 320W olacaq.Performans baxımından, RTX 4080 Superin RTX 4080-dan 3-5% daha sürətli olması gözlənilir. Lakin, digər istehsalçılar bu kartın potensiyalından maksimum dərəcədə istifadə edərək bu fərqi 10% -ə qədər artıra bilərlər ki, bu da 7900 XTX ilə mübarizə etmək və hətta ondan daha sürətli olmağa nail olmağa kifayətdir.

Sizə maraqlı gələ bilər  Sərfəli internet paketləri

RTX 4070S modeli AD104-350 və ya AD103-175 SKU ilə təchiz olunacaq və RTX 4070 ilə oxşar texniki göstəricilərə malik olacaq. 48MB L2 keş yaddaşı ilə təmin ediləcək və RTX 4070 ilə eyni, yəni 12GB GDDR6X və 192 bit konfiqurasiyanı istifadə edəcəkdir. RTX 4070-dən 20W daha yüksək güc tələb edəcək, yəni 220W olacaq.RTX 4070 Superin RTX 4070-dən 14% daha sürətli olacağı gözlənilir. Bundan əlavə, kart yeni CEM 5.1 Gen5 girişi ilə gələcək ki, bu mövcud kartda 8pin və ya 12pin konnektordur.

Qısacası, performans baxımından:

– RTX 4080 Super vs RTX 4080: 3-5% ortalama sürət artımı gözlənilir.
– RTX 4070Ti Super vs RTX 4070Ti: +15% ortalama sürət artımı gözlənilir.
– RTX 4070 Super vs RTX 4070: 14% ortalama sürət artımı gözlənilir.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button