TexnologiyaTexnologiya Xəbərləri

Çinə eksklüziv RTX 4090 D təqdim edildi.

Azaldılmış nüvə sayı və bənzər oyun performansı $1599'a təklif olunur.

Kart, RTX 4090 ilə müqayisədə daha az nüvəyə malik olsa da, oyun performansı bənzərdir və qiyməti də RTX 4090 ilə eynidir – yəni, $1599. Bu kart yalnız Asiya bazarında satışa çıxarılacaq, çünki RTX 4090 Çində qadağan olunmuşdu. Bu xüsusi versiya ilə Çindəki oyunçular da RTX 4090-nı əldə edə biləcəklər.

RTX 4090D, RTX 4090 ilə eyni arxitekturanın qırpılmış variantını istifadə edir. Kartın xüsusiyyətləri arasında 14592 CUDA nüvəsi, 2520Mhz’ə qədər sürət, 24GB GDDR6X VRAM, 384 bit və 425W TGP dəyərləri yer alır.Kartın 3 DP 1.4a və 1 HDMİ 2.1 girişi var, lakin overclock dəstəyi yoxdur.

Sizə maraqlı gələ bilər  Microsoft DirectSR texnologiyasını təqdim edəcək.

RTX 4090D-nin əsas xüsusiyyətləri:

– RTX 4090 ilə bənzər oyun performansı
– 11% daha az CUDA nüvəsi
– Eyni yaddaş konfigurasiyası
– Daha aşağı TGP dəyəri (güc istifadəsi)
– FE modeli mövcud deyil
– Overclock etmək mümkün deyil
– RTX 4090 ilə eyni qiymət

MSI artıq Suprim X RTX 4090D modelini çıxarmağa hazırlaşır. Bundan əlavə, daha kiçik ölçülü Gaming X Slim variantı da çıxarılacaq.Bununla yanaşı Galax da öz RTX 4090D kartlarını çıxaracaq.

 

 

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button