ELM/Texnologiya

İqtisadiyyat naziri Mikayıl Cabbarov “TikTok” şirkətinin vitse-prezidenti ilə görüş keçirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumu çərçivəsində “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüş keçirib.

Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.

“Davos İqtisadi Forumu çərçivəsində (@wef), TikTok şirkətinin vitse-prezidenti Helena Lersch ilə görüşümüz oldu. Müzakirələrimiz Azərbaycanda #startup ekosisteminin inkişafını təşviq etmək üçün həyata keçirilən təşəbbüslər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, biznes potensialının nümayiş etdirilməsində sosial media platformalarının əhəmiyyəti və əməkdaşlıq üçün potensial sahələr haqqında olub.”

Sizə maraqlı gələ bilər  TikTok-a rəsmi olaraq üfüqi videolar gəlir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button