Texnologiya

İlk AMD B850 ana kartı sızdırıldı: Tam ağ rəngində AORUS ELITE ICE dizaynı

AMD B850 bəzi ölkələrdə artıq satılmağa başlanıb.

Söhbət Gigabyte B850M AORUS ELITE WIFI6E ICE ana kartından gedir. Bu kart, AMD-nin yeni çipseti ilə təchiz olunub və B650 ilə B650E seriyalarının yerini alacaq.

Rəsmi məlumatlara əsasən, B850 kartı SSD-lər üçün PCIe 5.0 dəstəyi verəcək və istəyə bağlı olaraq qrafik kartları da bu interfeysdən istifadə edə biləcək. Eyni zamanda, bu kart CPU və yaddaşın overclock edilməsini tam dəstəkləyəcək, yəni Intel-in gələcək B860 modelindən fərqli olaraq, yalnız yaddaşı overclock etməyə imkan verməyəcək.

Sizə maraqlı gələ bilər  Bu mod RTX 3080 ilə Cyberpunk 2077 Path tracing aktivləşdirib axıcı oynamaq imkanı yaradır!

Rəsmi olmasa da, AMD-nin B850 ana kartlarını 2025-ci ilin CES sərgisində təqdim etməsi gözlənilir.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Back to top button