Microsoft DirectSR texnologiyasını təqdim edəcək.
Microsoft, Martın 21-də baş tutacaq tədbirdə bu barədə ətraflı məlumat verəcək.
DLSS, FSR və XeSS’in yanına daha biri əlavə olunur. Microsoft, DirectSR’ın “developerlər üçün Windows cihazlarında super resolution dəstəyini genişləndirməyi həmişəkindən daha asan” etməyi hədəflədiyini vurğulayıb. Bu, Microsoft’un Super Resolution texnologiyasının müasir Windows cihazlarında və bütün müasir GPU-larda işləyəcəyini göstərir.
Microsoft, 2018-ci ildən bəri bunun üzərində çalışır. SIGGRAPH 2018 sərgisində Microsoft, “Real-Time Rendering üçün Dərin Öyrənmə: DirectML və DirectX 12 ilə GPU İnferensiyasının Sürətləndirilməsi” adlı çıxışında öz texnologiyasını təqdim etmişdi. Bu tədbirdə, Microsoft, PlayGround Games-in Forza Horizon 3 oyununu 1080p-dən 4K-a qədər yüksəltmək üçün DirectML-dən istifadə etmişdi. Nəticə olaraq, texnologiya istifadəçilərə yüksək keyfiyyətli görüntü təmin edə bilmişdi.