IOSMobil cihazlar

Apple saxta və həqiqi fotoşəkilləri ayırd etməyi asanlaşdırır

Referans Şəkil

Hər dəfə internetdə təzə bir şəkil görəndə içimizdə kiçik bir şübhə yaranır: “Görəsən, bu, gerçəkdir, yoxsa süni intellektin uydurmasıdır?” Artıq bu suala cavab tapmaq bir az daha asanlaşacaq. Apple bu dəfə elə bir addım atıb ki, şəkillərin həqiqətən kim tərəfindən və necə çəkildiyini bilmək lap sadələşəcək.

“Referans Şəkil” nədir və necə işləyəcək?

Sadə dildə desək, Apple cihazları ilə çəkilən və ya sistemdən keçən şəkillərə xüsusi bir rəqəmsal iz əlavə olunacaq. Bu iz həmin şəklin təmiz, orijinal və dəyişdirilməmiş olduğunu göstərən bir “referans” rolunu oynayacaq.

Sizə maraqlı gələ bilər  Yeni OnePlus 12 təqdim olundu

Təsəvvür edin ki, şəklin üzərində gizli bir möhür var. Əgər kiminsə əli həmin şəkilə dəysə, onu süni intellektlə dəyişdirşə və ya nəsə əlavə etsə, o möhür dərhal pozulacaq – yəni sistem “burda nəsə dəyişdirilib” deyəcək.

Bu funksiya əvvəlcə iPhone 18 Pro seriyalı modellərdə olacaq. Bu funksiyanın digər iPhone-larda mövcud olub-olmayacağı hələlik məlum deyil.

 

Related Articles

Back to top button