Fiziki Sim-dən eSim-ə keçid
Bildiyiniz kimi ölkəmizdə də artıq eSim-dən istfadə etmək mümkündür. Yeni nəsil üst seqment telefonların bir çoxunda bu xüsusiyyət var. Bəs müştəri xidmətinə getmədən bu xidmətdən istfadə etmək mümkündürmü?
Bəli mümkündür. Elə isə evdən çıxmadan öz fiziki sim kartınızı eSim-ə necə daşıya bilərsiniz onu izah edəcəm.
Bu proses hər 3 operatorda eyni ardıcılqda davam edir.
https://www.bakcell.com/esim keçid edirik, daha sonra Sim-dən eSim-ə düyməsinə basırıq.
Açılan pəncərədə mobil cihazın marka və modelini seçirik, daha sonra daşımaq istədəiyimiz mobil nömrəni yazırıq (Qeyd: Nömrə aktiv və balansında 4AZN olmalıdır), Nömrə kimin adınadırsa onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və fin kodunu daxil edib “Qaydalar və şərtlər” xanasına quş qoyub “Davam et” düyməsinə basırıq.
Təsdiq üçün nömrənizə göndərilən kodu daxil etdikdən sonra sizə QR kod veriləcək. Həmin kod cihazınıza daxil etdikdən sonra artıq eSim aktivləşəcək.
Mobil telefonda aktivləştirmə qaydası:
Android
İOS