OyunOyun XəbərləriTexnologiyaTexnologiya Xəbərləri

Microsoft DirectSR texnologiyasını təqdim edəcək.

Microsoft, Martın 21-də baş tutacaq tədbirdə bu barədə ətraflı məlumat verəcək.

DLSS, FSR və XeSS’in yanına daha biri əlavə olunur. Microsoft, DirectSR’ın “developerlər üçün Windows cihazlarında super resolution dəstəyini genişləndirməyi həmişəkindən daha asan” etməyi hədəflədiyini vurğulayıb. Bu, Microsoft’un Super Resolution texnologiyasının müasir Windows cihazlarında və bütün müasir GPU-larda işləyəcəyini göstərir.

Microsoft, 2018-ci ildən bəri bunun üzərində çalışır. SIGGRAPH 2018 sərgisində Microsoft, “Real-Time Rendering üçün Dərin Öyrənmə: DirectML və DirectX 12 ilə GPU İnferensiyasının Sürətləndirilməsi” adlı çıxışında öz texnologiyasını təqdim etmişdi. Bu tədbirdə, Microsoft, PlayGround Games-in Forza Horizon 3 oyununu 1080p-dən 4K-a qədər yüksəltmək üçün DirectML-dən istifadə etmişdi. Nəticə olaraq, texnologiya istifadəçilərə yüksək keyfiyyətli görüntü təmin edə bilmişdi.

Sizə maraqlı gələ bilər  Intel Core Ultra 200 seriyasının buraxılışı planlaşdırıldığı kimi getməyib, dekabrın əvvəlinə qədər performans düzəlişi vəd edir

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button