Outlast oyununun filmi gəlir
Oyun sektoru son illərdə inanılmaz inkişaf edir. İzlədiyimiz filmlərin oyuna uyğunlaşdırılmasını gördüyümüz illərdə video oyunların film uyğunlaşdırmalarını görməyə başladıq. Kanadanın Red Barrels oyun studiyası tərəfindən istehsal edilən qorxu oyunu olan Outlast-ın kino uyğunlaşdırılması ilə pərəstişkarlarının ixtiyarına veriləcəyi daha əvvəl rəsmi olaraq açıqlanmışdı.
Oyun sektorunda iz qoymuş psixoloji dəhşət, sağ qalma və FPS janrlarını bir araya gətirən, kifayət qədər fanat bazası olan Outlast oyunu, tezliklə fərqli formada pərəstişkarlarının qarşısına çıxacaq. Bu istiqamətdə xüsusilə Saw serialı ilə qorxu janrında adından söz etdirən Lionsgate Studios; məşhur qorxu oyununun əsas tərtibatçısı Red Barrels ilə birlikdə film üzərində çalışdıqlarını açıqladı.
2013-cü ildə oyunçulara təqdim edilən seriyanın ilk oyunu dünya üzrə 37 milyon oyunçuya çataraq böyük təsir bağışladı. Seriyanın ilk oyunu gözlənilməz bir təcrübə təqdim etdi, jurnalist Miles Upshurun tərk edilmiş Mount Massive Psixi Xəstəxanasında Murkoff Şirkətinin gizli və dəhşətli təcrübələrini araşdırmasına diqqət yetirdi. 2017 və 2023-cü illərdə çıxan seryaları gözlənilən effekti verməsə də, filmi gözləntiləri üstələyəcəyi gözlənilir.