OyunOyun Xəbərləri

Suicide Squad: Kill the Justice League yenidən ertələndi

Amma hərkəsə yox...

Suicide Squad: Kill the Justice League Epic Games mağazasında təxminən bir ay gec çıxacaq. Hələlik heç bir səbəb göstərilməsə də, ödənilən pulların geri qaytarılmasına başlanılıb. Təfərrüatlar xəbərimizdə…

Fevral ayında keçirilən “State of Play” təqdimatı zamanı on beş dəqiqəlik video ilə ortaya çıxan “Suicide Squad” oyunu oyunçulardan aldığı çox mənfi reaksiyalar səbəbilə təxirə salınmışdı. Ötən həftələrdə yeni çıxış tarixi açıqlanan oyun üçün 2 fevral 2024-cü il tarixini gözləyirik. Ancaq bu, bütün mağazaları əhatə etmir.

Bildiyiniz kimi, bu yaxınlarda Epic Games Store-da təsadüfən pulsuz olaraq ilkin sifariş üçün təqdim edilən Suicide Squad oyunu qısa müddət sonra ön sifarişə bağlandı və fürsətdən istifadə edən oyunçuların kitabxanalarından silindi. və bu vəziyyət oyunçuları əsəb etdi.

Sizə maraqlı gələ bilər  GTA 6 bu adama siqareti tərgitdi !

WB Games əməkdaşının Discord kanalında yazdığı yazıya görə, Arkham dünyasında keçən oyun 5 mart 2024-cü ildə Epic Games Store-da satışa çıxarılacaq. Beləliklə, bir aylıq gecikmə var. Bununla belə, əvvəlcədən sifarişlərin ləğv ediləcəyi və onları alan oyunçuların pullarının geri qaytarılacağı da bildirilir. Digər platformalar üçün isə oyun vaxtında, yəni 2 fevral 2024-cü ildə çıxacaq.

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Back to top button