TexnologiyaTexnologiya Xəbərləri

Şayiələrə görə, AMD Radeon RX 8800 XT, RTX 4080 ilə rəqabət edəcək, amma daha az enerji sərf edəcək.

Kütləvi istehsalı isə bu ay başlayır.

Chiphell forumlarında iki etibarlı sızdırıcı, AMD-nin növbəti nəsil Radeon qrafik kartlarının performansına dair erkən məlumatlar təqdim ediblər. “zhangzhonghao” adlı istifadəçi, Navi 48 əsaslı yeni modelin, ehtimal ki, Radeon RX 8800 XT adı altında bazara çıxacağını və RTX 4080 ilə müqayisədə həm ray tracing, həm də raster performansında bənzər nəticələr əldə edəcəyini bildirib. Lakin, hələlik bu adın rəsmi olaraq təsdiqlənmədiyi qeyd edilib.

Məlumatlara görə, bu performans Resident Evil 7 Biohazard oyununda ölçülüb və RX 8800 XT, 7900 XTX ilə müqayisədə 45% daha yüksək ray tracing performansı nümayiş etdirib. Digər bir sızdırıcı olan “wjm47196” isə, bu modelin əsas hədəfinin həmişə 7900 XT olduğunu bildirib. Şayiələrə əsasən, RX 8800 XT, 7900 XTX-dən təxminən 25% daha az enerji istehlak edəcək, yəni təxminən 270W olacaq. Müqayisə üçün qeyd edək ki, RX 7900 XTX 360W, RTX 4080 isə 305W güc sərf edir.

Sizə maraqlı gələ bilər  Xiaomi 2025-ci ildə öz çipsetini təqdim edə bilər

Güman edilən Radeon RX 8800 XT kartlarının dekabrın ortalarında kütləvi istehsala başlaması gözlənilir. Bu, müsbət xəbərdir, çünki bununla da buraxılışın yanvarın ortalarından sonlarına qədər baş tutacağı ehtimal olunur. Kütləvi istehsal olunan GPU-ların tərəfdaşlara çatdırılması təxminən bir ay vaxt alır. AMD-nin Navi 4X ailəsi üzərində işlədiyi və bu ailənin üç fərqli modelini təqdim edəcəyi bildirilir. Flagship model olan RX 8800 XT, 4,096 nüvəyə və 16GB GDDR6 yaddaşa malik olacaq. Bu kart, Navi 48 GPU istifadə edəcək, Navi 44 isə 8600 seriyası və noutbuk versiyalarına yönəldiləcək

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button