Texnologiya
“Starlink” qlobal peyk sistemi artıq Azərbaycanda!

“Starlink”in yüksəksürətli internet xidməti Azərbaycanda aktivləşib.
Bu barədə şirkətin rəsmi “X” səhifəsində məlumat verilib.
Starlink’s high-speed, low-latency internet is now available in Azerbaijan! 🛰️🇦🇿❤️ → https://t.co/iPXYizD1YE pic.twitter.com/oabBYuYfT0
— Starlink (@Starlink) March 29, 2025
“Starlink” internet xidməti məşhur amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən göstərilir.
Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün ilk növbədə 670 manata “Starlink Kit” əldə etməlidirlər. Daha sonra 50 manat çatdırılma və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.