AndroidCihazlarIOS

Xaricdən mobil telefon gətizdirmək olar?

Bu yazımızda sizlərə xaricdən mobil telefonların gətizdirilməsi haqqında məlumat verəcəyik. Bildiyiniz kimi əvvələr kargo şirkətləri mobil telefonların daşınmasını qəbul etmirdilər. Artıq bu qərarı bir çox kargo şirkəti ləğv edib. Bir başa özüm Gömrük ilə əlaqə saxlayıb məlumat aldım.

“Xarici saytlardan online şəkildə mobil telefon alıb hər hansı kargo şirkəti ilə gətizdirə bilərəm?” sualına əlbətdə gətizdirə bilərsiniz cavabını aldım. Bunun üçün heç bir məhdudiyyət yoxdur, dedilər.

Yəni normal şəkildə digər məhsulları necə sifariş edirsinizsə, mobil telefonu da eyni qaydada sifariş etməyiniz kifayətdir. Və eyni qayda olaraq mobil telefonlar üçündə üst limit 300 dollardır.

“Bəs telefonu xaricdən almağın nə mənası var?” deyə düşünsəniz. Ən üstün cəhəti yerli mağazlardan təxminən 500AZN fərqlə əldə etmiş olacaqsanız. Rəsmi saytlarından aldığınız üçün isə orjinal olub olmaması şüphəsi də olmayacaq.

Sizə maraqlı gələ bilər  Xiaomi Redmi Note 13 5G qiyməti sızdırıldı

Sizlərə rahat olması üçün bu xidməti görən bir neçə kargo şirkətinin adını aşağı yazacam. Amma sizin daimi istfadə etdiyiniz kargo firması varsa, onlarla əlaqə saxlayıb bu barədə məlumat alın.

  • ASSU kargo
  • Koli kargo

Hazırda bir neçə kargo şirkətindən telefon gətirirsiniz deyə soruşduğumda sadecə üstdə qeyd etdiyim şirkətlər gətiririk dedi. Onun üçün siz də sifariş etməzdən öncə mütləq seçdiyiniz kargo şirkəti ilə əlaqə saxlayın. Çünki Gömrük nümayəndəsi bildirdi ki, biz tərəfdən heç bir məhdudiyyət qoyulmayıb. Gətirib gətirməmək kargo şirkətlərinin qərarıdır.

Related Articles

Həmçinin baxın
Close
Back to top button