Gta 6 treyler videosu ilə internetə sanki bir bomba düşdü. Bu oyun oyun dünyasına yeni bir era gətirir. Bəs biz treyler videosunda nələr gördük ?
İlk öncə qrafiklərdən bəhs edim. Tək kəlmə ilə möhtəşəmdir. Bu qrafikləri hansı sistem qaldıracaq o da ayrı bir mövzudur.. Rockstar treyler videolarında belə oyun motorundan istifadə edir deyə, treyler görüntüləri oynanışa yaxındır. Oyun 2025-ci ildə çıxacaq. Sızıntı məlumatlara görə aprel ayında çıxması gözlənilir. Rockstar çoxdanki adətindən yenə əl çəkmədi. Bu dəfə də oyun XBOX və Playstation 5 konsoluna çıxacaq. PC üçün isə hələki çıxmayacaq. Rockstar bu barədə bir məlumat vermədi. Sadəcə dedilər ki, PC- də optimizasiya problemlərini həll etmək üçün zaman lazımdır. Çox güman 1 il sonra yəni, 2026-cı ildə PC-yə gələr. 2026 özüdə…
Bu dəfə 2 xarakteri idarə edəcəyik. Lucia və Jason. Lucia yəni qadın xarakterimiz daha ön planda imiş görünür. Soyğunçu olan bu cütlüyün hekayəsi deyilənə görə 20-ci əsrin əvvəlində yaşamış Bonnie and Clyde cütlüyünün hekayəsindən götürülüb. Hekayənin necə cərəyan edəcəyi də çox maraqlıdır. Deyilənə görə Lucia-nın uşağı da olacaq və hekayənin gedişində görünəcək.
Oyun Miami şəhərinin xəyali Vice City bölgəsində keçəcək ama xəritə Vice City oyununa görə çox daha böyük olacaq. Treyler videosunda bir çox retro, tuning edilmiş maşınlar görürük. Bu da maşın sürüşünə çox böyük önəm verdiklərini göstərir. Bircə qalır sürüş hissinin Gta 4 oyunundaki kimi olması…
NPC-lər tək kəlmə ilə heyrətamizdir. Treyler videosunda şəhərin bir çox basabas bölgələri göstərilir. Bu qədər NPC-nin üzərində yüksək səviyyədə işləmək böyük əmək tələb edir. Qeyd edim ki, oyunun büdcəsi 2 milyard dollardır. Oyunda sosial media göndərmələri də edilib. Bundan başqa çılpaqlıq, adam öldürmə kimi səhnələr də yenə yer alır. Tiktoka girə bildiyimiz oyundan bəhs edirəm sizlərə…