Oyun

Azərbaycanda keçən F1 oyunu pulsuz oldu

Epic Sotre-nin bu həftəki oyunu F1® Manager 2024 oyunu oldu. Oyunu əldə etmək üçün Epic Game store də hesabınızın olmasıdır. Hesabınıza giriş etdikdən sonra oyunu bu keçid linkindən əldə edə bilərsiniz. Oyunu 20 fevral 2025-ci il saat 20:00-a qədər hesabınıza pulsuz əlavə edə bilərsiniz.

F1® Manager 2024, 23 iyul 2024-cü ildə çıxan və Formula 1® komandasının idarə edilməsini simulyasiya edən ən əhatəli oyunlardan biridir. Oyunçulara rəsmi F1® komandalarından birini seçmək və ya öz komandalarını yaratmaq imkanı verir.

Əsas Xüsusiyyətlər:

  • Komanda Yaratma Rejimi: İlk dəfə olaraq, oyunçular öz komandalarını sıfırdan qura, rəng sxemindən yarış geyimlərinə qədər hər detalı fərdiləşdirə bilərlər.

  • Mentalitet Sistemi: Bu yeni sistem vasitəsilə, oyunçular personal və sürücülərin xarakter və ehtiyaclarını idarə edərək, onların performansını optimallaşdıra bilərlər.

  • Mekanik Nasazlıqlar: Yarışlar zamanı meydana gələ biləcək mexaniki problemlər, oyunçuları yeni çətinliklərlə üzləşdirir və strateji qərarlar qəbul etməyə məcbur edir.

  • Təkmilləşdirilmiş Qrafika: Yenilənmiş tras təsvirləri və təkmilləşdirilmiş vizual elementlər sayəsində, oyun daha real və cəlbedici görünür.

Sizə maraqlı gələ bilər  NVİDİA CEO'su, oyunların 10 il sonra tamamilə süni intellekt tərəfindən yaradıla biləcəyini düşünür.

Sistem Tələbləri:

Minimum:

  • Əməliyyat Sistemi: Windows 10 64-bit

  • Prosessor: Intel Core i5-4590 və ya AMD FX-8370

  • RAM: 8 GB

  • Qrafik Kartı: NVIDIA GeForce GTX 960 və ya AMD R9 280x (3GB VRAM)

  • Yaddaş: 30 GB boş yer

Tövsiyə Edilən:

  • Əməliyyat Sistemi: Windows 10 və ya 11 64-bit

  • Prosessor: Intel Core i7-7700 və ya AMD Ryzen 7 2700

  • RAM: 16 GB

  • Qrafik Kartı: GeForce GTX 1080 və ya Radeon RX 580 (4GB VRAM)

  • Yaddaş: 30 GB boş yer

 

Related Articles

Back to top button