OyunOyun İcmalı

Far Cry 4 inceleme

Far Cry 4 oyun inceleme

Far cry 6 çıxana qədər ən yaxşı qrafikalı far cry oyunu budur deyirdim. Çox fərqli bir mədəniyyətə bizləri aparır və oranın dünyasını gəzdirirdi. Deyirəm də ubisoftdan yaxşı turizm şirkəti çıxardı. Bu firma oyunun dünyasını və bölgənin mədəniyyətini çox yaxşı aşılayır. Amma, di gəlki xarakter və hekayə cəhətdən yenədə oyun o deyil.

Söhbət 2014-cü ildə çıxan far cry 4 oyunundan gedir. Bu oyunu zamanında tərifləyən də oldu pisləyən də. İndi birdə mənim dilimdən oyunu görün. Himalay dağlarının qarlı ətəklərində, xəyali kyrat bölgəsində keçən bu oyunun hekayəsi əslində pis başlamır. Amma di gəlki bölgəyə turist kimi gələn baş qəhrəmanımız acey qale sonradan remboya dönür və oyunun nəhəng açıq dünyasında o missiya sənin bu missiya mənim qaçmağa başlayır. Yəni hekayəni çoxda bəyənmədim. Yenə də potensial var idi, yəni hekayə özlüyündə yaxşıdır ama işləyiş tənbəlcədir.

Mənim bu oyunda ən çox sevdiyim qrafiklər oldu. 2014-cü il üçün çox belə bombastik qrafiklərdi bu. Düzdü far cry 6 çıxdı. Artıq bu oyunu vurub keçdi o heç. Ama 2014 deyirəm sizə.
Oynanış və vuruş hissinə gəlincə hər zaman demişəm bu seriyanın xəmiri taa 2012-ci ildə far cry 3 çıxanda yoğrulub. Hələdə o xəmir su aparmağa davam edir. Yəni far cry 3-də oyun mexanikləri necə idisə burdada elədir. Heçbir fərq yoxdur. Yəni yaxşıdır. Əslində bütün oyunlarda bu mexaniklər eynidir.
Xarakterləri isə bəyənmədim. Düzdür dizayn olaraq xoş görünürlər ama bir kimlikləri, xarakterləri yoxdur. Oyunun başlarında biraz təkan hiss etdim ama sonra gördüm ki, yox e ubisoft elə ubisoftdur. Xarakterlər oduna dönməyə başladı.
Xarakterlərlə bağli bir qəribəlik deyəcəm sizlərə. Deməli oyunda baş pis adam xarakterimiz pagan mindir. Özü kyrat bölgəsinin diktatorudur. Bu adam nə qədər əzazil diktator rolunda olsada mən bu insandan özümə qarşi pislik görmədim. Mənə qarşı elə nacizanə davranır ki, onunla heç savaşmaq da istəmirəm. Özü də baş düşmən olmasına baxmayaraq oyunda onu iki ya üç dəfə görürük.

Sizə maraqlı gələ bilər  Ubisoftun məşhur gəmi pirat oyunu gəlir !

Oyunda çox maraqlı yeniliklər var. Bu oyun far cry 3-ə nəzərən daha dağlıq ərazilərdə keçir. Buna görədə bu oyuna yenilik gətiriblər. Yəni artıq hündür zirvələrə iplə qalxa bilirik. Bayaq rembo dedim indidə turist kimi gələn xarakterimiz alpinist oldu.
Daha sonra bu dağlıq bölgəyə özəl mini kopterlərimiz var. Bununla da ərazidə gəzinə bilirik. Ama çox hündürə qalxsaz bu kopter xarab olmağa başlayır.
Oyunda ən sevdiyim cəhətlərdən biri Hindistan mədəniyyətinin oyuna inteqrasiya edilməsidir. Evlər maşınlar, npc-lər heyvanlar aləmi xüsusən fillər və xallı pələng, meymun bunlar hamsı yerli mədəniyyətə uyğun dizayn edilib.
İstedad ağacı və kraft sistemi eyni qalıb. Yəni far cry 3-dəki kimi. İstedad ağaci bu dəfə daha gərəksiz elementlərlə doludur. 3-də daha yaxşı idi məncə.

Oyunun açıq dünyasını da bəyəndim. Ama yenə də tipik ubisoft missiyalari ilə doludur. Heyvan öldürmə və outpost ələ keçirmə missiyalar özünü təkrar edir. Həvəsi olan sevə-sevə keçir təbii ki, (mənim kimi) bir iki qarlı ərazilərə getmə kimi missiyalar da veriblər.
Xülasə oyunu bəyəndim, far cry-ların içində ən sevdiklərimdəndir. Təkcə hekayənin gedişini və xarakterləri çox elə bəyənmədim. Ama məndən bir 8 xal ala bilməyi bacardi bu oyun. 8/10

 

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Back to top button