TexnologiyaTexnologiya Xəbərləri

AMD yeni kartlar çıxara bilər: Radeon RX 7800, RX 7700 və RX 7600 XT

@Harukaze5719 tərəfindən yayılan və Avrasiya İqtisadi Komissiyası verilənlər bazasında müşahidə olunan məlumata əsasən, RDNA 3 GPU arxitekturana sahib 3 yeni kart təqdim edilə bilər. Bu kartlar isə Radeon RX 7800, RX 7700 və RX 7600 XT-dir. Ehtimal olunur ki, AMD Radeon RX 7800 və RX 7700, mövcud XT kartlarının daha zəif variantları olacaq. Təxminən 10-15% performans fərqi və tabii ki, daha aşağı qiymətlər gözlənilir.

NVIDIA’nın RX 7800 XT və RX 7900 XT kartlarına qarşı rəqabəti, RTX 4070 & Ti SUPER kartlarının çıxışı ilə daha da güclənəcək. AMD’nin yeni kartlar çıxaracağı və ya yalnızca qiymətləri endirərək NVIDIA ilə rəqabət aparmağa çalışacağı isə hələ ki dəqiq bilinmir.Daha öncə də RX 7950 XTX, RX 7950 XT və RX 7500 XT GPU-ları da siyahıya alınmışdı və EEC’də 7850 XT, 7750 XT və 7650 XT GPU-ları haqqında məlumatlar yayılmışdı. Lakin bu kartların heçbiri rəsmi olaraq çıxmayıb.

Sizə maraqlı gələ bilər  Apple Vision Pro üçün çıxış tarixi və qiyməti açıqlandı

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button