AndroidMobil cihazlar

Yığcam POCO X8s Təqdim Olundu!

İddialı Qiymət, Flaqman Gücü.

Texnologiya dünyasında böyük maraq doğuran POCO X8s rəsmi təqdim edildi. Kiçik ölçüləri, yüksək performansı və böyük batareyası ilə seçilən yeni smartfon, qiymət-keyfiyyət nisbətinə görə öz seqmentində fərqlənməyi hədəfləyir.

POCO X8s-in Əsas Texniki Özəllikləri:

  • Ekran: 6,35 düymlük, 1.5K təsvir ölçülü, 120Hz yenilənmə tezliyi və 3500 nit maksimum parlaqlıq təklif edən LTPO AMOLED panel. İncə və simmetrik çərçivələri ilə vizual keyfiyyəti üst səviyyəyə qaldırır.

  • Prosessor: Məhsuldarlığı ilə seçilən Snapdragon 7 Gen 4 çipseti.

  • Yaddaş: 8 GB / 12 GB operativ yaddaş (RAM) və 256 GB / 512 GB daxili yaddaş seçimləri.

  • Kamera: Əsas 50 MP (Light Fusion 800 sensoru), 50 MP telefoto və 8 MP ultra-geniş bucaqlı üçlü kamera sistemi.

  • Batareya və Şarj: Yığcam korpusuna baxmayaraq 6330 mAh həcmində böyük batareya və 100W sürətli şarj dəstəyi.

  • Əlavə İmkanklar: IP68 su və tozdan mühafizə standartı, ultrasəs ekranaltı barmaq izi skaneri, 5G və Android 16 əsaslı HyperOS 3 əməliyyat sistemi.

Sizə maraqlı gələ bilər  Poco veb saytı rəsmi olaraq dayandırılır

POCO X8s Qiyməti

Təqdim olunan modelin qlobal bazardakı satış qiymətləri aşağıdakı kimidir:

  • 8 GB RAM / 256 GB yaddaş: 399 $

  • 12 GB RAM / 512 GB yaddaş: 499 $

Güclü göstəriciləri və rahad istifadə olunan ölçüsü ilə POCO X8s orta-üst seqmentdə ciddi rəqabət yaradacaq kimi görünür.

Related Articles

Back to top button