Azərbaycanda keçən F1 oyunu pulsuz oldu

Epic Sotre-nin bu həftəki oyunu F1® Manager 2024 oyunu oldu. Oyunu əldə etmək üçün Epic Game store də hesabınızın olmasıdır. Hesabınıza giriş etdikdən sonra oyunu bu keçid linkindən əldə edə bilərsiniz. Oyunu 20 fevral 2025-ci il saat 20:00-a qədər hesabınıza pulsuz əlavə edə bilərsiniz.
F1® Manager 2024, 23 iyul 2024-cü ildə çıxan və Formula 1® komandasının idarə edilməsini simulyasiya edən ən əhatəli oyunlardan biridir. Oyunçulara rəsmi F1® komandalarından birini seçmək və ya öz komandalarını yaratmaq imkanı verir.
Əsas Xüsusiyyətlər:
-
Komanda Yaratma Rejimi: İlk dəfə olaraq, oyunçular öz komandalarını sıfırdan qura, rəng sxemindən yarış geyimlərinə qədər hər detalı fərdiləşdirə bilərlər.
-
Mentalitet Sistemi: Bu yeni sistem vasitəsilə, oyunçular personal və sürücülərin xarakter və ehtiyaclarını idarə edərək, onların performansını optimallaşdıra bilərlər.
-
Mekanik Nasazlıqlar: Yarışlar zamanı meydana gələ biləcək mexaniki problemlər, oyunçuları yeni çətinliklərlə üzləşdirir və strateji qərarlar qəbul etməyə məcbur edir.
-
Təkmilləşdirilmiş Qrafika: Yenilənmiş tras təsvirləri və təkmilləşdirilmiş vizual elementlər sayəsində, oyun daha real və cəlbedici görünür.
Sistem Tələbləri:
Minimum:
-
Əməliyyat Sistemi: Windows 10 64-bit
-
Prosessor: Intel Core i5-4590 və ya AMD FX-8370
-
RAM: 8 GB
-
Qrafik Kartı: NVIDIA GeForce GTX 960 və ya AMD R9 280x (3GB VRAM)
-
Yaddaş: 30 GB boş yer
Tövsiyə Edilən:
-
Əməliyyat Sistemi: Windows 10 və ya 11 64-bit
-
Prosessor: Intel Core i7-7700 və ya AMD Ryzen 7 2700
-
RAM: 16 GB
-
Qrafik Kartı: GeForce GTX 1080 və ya Radeon RX 580 (4GB VRAM)
-
Yaddaş: 30 GB boş yer