Cyberpunk 2077 2.1 yaması Path Tracing qismində təkmilləşdirmələr və yeni işıqlandırma sisteminə sahibdir.
Cyberpunk 2077 2.1 yama qeydləri rəsmi şəkildə təqdim edildi və bu yamanın əsas özəllikləri arasında işıqlandırma təkmilləşdirmələri, yeni global illuminasiya sistemi, və bir sıra digər yeniliklər mövcuddur.
CD Projekt Red-in açıq dünya RPG oyunu üçün bu sonuncu yama, artıq ön-izləmə versiyasında mövcud olan Ray Tracing: Overdrive rejimini tam versiyaya keçirəcək. Yamanın əsas maraqli xüsusiyyətlərindən biri də, performansa heç bir təsir etmədən, Overdrive rejimində path-traced işıqlandırmada keyfiyyəti artıran ReSTIR GI-nin əlavə edilməsidir.
Yeni 2.1 yaması, NVIDIA DLSS Ray Reconstruction’ını digər RT modlarında, əsasən RT Ultra və RT Reflections, aktivləşdirəcək və bəzi ray tracing problemlərini aradan qaldıracaq. Bu yama PC versiyası üçün də dəyişikliklər gətirir, həmin dəyişikliklər arasında tam DualSense dəstəyi və NVIDIA GPU-lar üçün Samsung HDR10 dəstəyi əhəmiyyətli yer tutur.
Cyberpunk 2077 2.1 yaması oyunun oynanışına çoxsaylı əlavə və yaxşılaşdırmalar təqdim edir. Bunlar arasında yeni metro sistemi, yenidən işlənmiş bosslar, epik qarşıdurma ilə Adam Smasher, bandaların V’ə daha agressiv olmaları kimi elementlər yer alır.
Dəyişikliklərin tam siyahısı; Update 2.1 Patch Notes – Home of the Cyberpunk 2077 universe — games, anime & more