AndroidCihazlar

Galaxy S24 istifadəçiləri Android Auto bağlantısı ilə bağlı problemlər yaşayırlar!

Yanvar ayında təqdim edilən Samsung Galaxy S24 seriyası yeni problemlə gündəmə gəlib. Galaxy S24 istifadəçiləri sosial mediada Android Auto ilə bağlı problemlər yaşadıqlarını bildiriblər.

Bəzi Volkswagen avtomobilləri və Android cihazları arasında giriş nöqtəsi bağlantılarında uyğunluq probleminin olduğu məlumdur. Bu problem Android 11-də simsiz qaynar nöqtələr üçün IP ünvanlarının təyin edilməsi üsulunun dəyişməsi səbəbindən baş verir. Samsung, əlaqə probleminin IP ünvanının təyin edilməsindən qaynaqlandığını açıqladı.

Problemin həll yollarını izah edən Samsung, istifadəçilər üçün bir siyahı hazırladı. Şirkət tərəfindən elan edilən həllərin siyahısı belədir:

  • Avtomobilinizin və stereo cihazınızın Android Auto ilə uyğun olub olmadığını yoxlayın.
  • Avtomobil ayarlarında Android Auto-nun aktiv olub olmadığını yoxlayın.
  • Avtomobilin məlumat-əyləncə sisteminin proqram təminatını yeniləyin.
  • Android Auto-nun ölkənizdə mövcud olub-olmadığını yoxlayın.
  • Əgər USB kabel vasitəsilə qoşulursunuzsa, məlumat ötürülməsini dəstəkləyə bilən yüksək keyfiyyətli kabeldən
  • istifadə etdiyinizə əmin olun. Mümkünsə, cihazınızla birlikdə gələn orijinal kabeldən istifadə etməlisiniz.
  • Heç bir kir və ya zibil olmadığından əmin olmaq üçün şarj portunu yoxlayın.
Sizə maraqlı gələ bilər  iPhone 16 seriyasının dizaynı sızdırıldı!

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button