Shpesnal_Nick iddia etdi ki, PS5 üçün God of War trilogiyasının remastered versiyası 2024-cü ildə elan olunacaq və 2025-ci ildə çıxacaq. Insomniac sızıntılarına görə, GoW seriyası klassik oyunlar kataloqunda ən çox oynanan trilogiyalardan biridir. Bu, remastered versiyanın çıxarılması üçün məntiqi səbəb kimi qiymətləndirilir.
Shpeshal_Nick və digər mənbələrdən alınan məlumatlar seriyanın gələcəyi üçün ümidvericidir, baxmayaraq ki, hələlik rəsmi açıqlama yoxdur. İnanırıq ki, Sony daha təkmil qrafika və daha hamar oynanış ilə God of War-ın əfsanəvi macərasını yenidən yaşamaq fürsətindən mütləq istifadə edəcək.