Xatırladığınız kimi, keçən ilin sentyabr ayında yaşanan qalmaqalla Grand Theft Auto 6 oyununun inkişaf mərhələsindən çəkilmiş ekran görüntüləri və oyun videoları ilə yanaşı, oyunun məzmunu ilə bağlı bir çox detallar ortaya çıxmışdı.
Uzun müddətdir oyun sektorunun gündəmini zəbt edən bu hadisədən sonra Lapsus adlı xakker qruplaşması ilə əlaqəsi olduğu iddia edilən on yeddi yaşlı şübhəli Arion Kurtaj yaxalanıb. Böyük Britaniyanın Milli Kibercinayətkarlıq Bölməsi tərəfindən aparılan istintaq çərçivəsində Oksfordşir qraflığında bu adam həbs edilib. GTA 6 treylerini sızdıran Kurtac məhkəmə qərarına əsasən həkimlər onun artıq təhlükə olmadığına qərar verənə qədər təhlükəsiz xəstəxanada qalacaq.
Autizmdən əziyyət çəkən gənc xakker kibercinayətkarlıq törətməyə davam etmək istədiyini və həbsdə olarkən özünə qarşı zorakılıq tətbiq etdiyini bildirib. Sözügedən məhkəmənin hakimi bildirib ki, Kurtacın bacarığı və kibercinayətkarlıq etmək istəyi hələ də ictimaiyyət üçün böyük təhlükə yaradır. Laptopu müsadirə edilsə də, o, mobil telefonu, otel televiziyası və Amazon Firestick-in köməyi ilə Rockstar Games-ə sızmağı bacarıb. Xakkerin vəkili bildirib ki, GTA 6 treylerinin sızması şirkət üçün deyildiyi kimi qorxunc bir vəziyyət olmasa da, 5 milyon dollara və minlərlə işçinin vaxtına başa gəlib.
Arion Kurtaj adlı hakerin tarixçəsinə nəzər saldıqda onun cinayət dosyesinin kifayət qədər qalın olduğunu söyləmək olar. O, on iki cinayətdə, o cümlədən üç şantaj, iki fırıldaqçılıq və Böyük Britaniyanın kompüterdən Sui-istifadə Aktı ilə altı ittihamda iştirak edib. Gənc haker NVIDIA, Revolut və Uber-i hədəf almaqla yanaşı, BT Group-u də şantaj edib və dörd milyon dollarlıq pul tələb edib.