2021-ci ilin noyabrında PC və konsollara qalmaqallı çıxışı ilə yadda qalan bir Gta Trilogy var idi. Buraya Gta 3, Gta Vice City və Gta San Andreas remastered tərzi oyun paketi daxil idi. Təbii ki, buna remastered demək olarsa. Bu oyunlara görə Rockstar yerdən yerə vuruldu və müasir dövrdə oyun firmalarının oyunçulara nə qədər pul tələsi qurduğu bir daha sübut olundu. Nəysə, mövzumuz bugün bu deyil. Mövzumuz odur ki, bu oyunlar telefonlara gəlir, həm də çox yaxın bir zamanda…
14 dekabr etibarı ilə, Gta 3, Gta Vice City və Gta San Andreas oyunlarının remastered versiyalarının daxil olduğu Gta Trilogy paketi həm iOS həm də Android əməliyyat sistemli telefonlara gələcək. Və burada Netflix şirkətinin də dəstəyi var. Bu oyunları həmin tarix etibarı ilə həm də Netflix applikasiyası üzərindən oynaya bilərsiz.
PC və konsollarda oyunçuları bug-larla və dəyişməməzliklə qəzəbləndirən Rockstar görək telefonlarda nə edəcək?