Sosial Media

Instagram-dan YouTube-a böyük zərbə gəlir!

Instagramda 90 dəqiqəlik video dövrü başlayır.

Sosial media nəhəngi Meta qısa video formatları ilə tanınan Instagram-ı tamamilə yeni bir mərhələyə daşıyır. Platforma istifadəçilərin 90 dəqiqəyə qədər yatay (horizontal) videolar yükləməsinə imkan verən “Features” adlı yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Bu addım birbaşa YouTube-un taxtını hədəf alan strategiya kimi qiymətləndirilir.

Yeni sistem necə işləyəcək?

  • Genişləndirilmiş format: İstifadəçilər artıq təkçə qısa Reels klipləri deyil, həm də podkastlar, stand-up şouları və ya genişmiqyaslı reportajlar kimi uzunformatlı videoları birbaşa Instagram-da yayımlaya biləcəklər.

  • Reels ilə inteqrasiya: Yaradıcılar uzun videolardan xüsusi qısa kəsiklər (Reels) hazırlayaraq izləyiciləri tam versiyaya yönləndirə biləcəklər. Bu videolar yalnız profillərdə qalmayacaq, həm də “Kəşf” səhifəsində istifadəçilərə tövsiyə olunacaq.

  • Televiziya ekranları: Yeni format təkcə telefonlarda deyil, həm də böyük ekranlarda – Samsung, Fire TV, Google TV və Apple TV kimi platformalarda izləmə təcrübəsini yaxşılaşdırmaq üçün optimallaşdırılır.

Sizə maraqlı gələ bilər  WhatsApp-a Mesaj "Sabitləmə" Xüsusiyyəti Gəlib

İlk sınaqlar kimlərlə aparılır?

Hələlik ilkin mərhələdə ABŞ və Braziliyada məhdud sayda içerik istehsalçısı və məşhur simalar ilə sınaqdan keçirilən funksiyanın bütün istifadəçilərə nə vaxt təqdim olunacağı hələlik dəqiq açıqlanmayıb.

Digər tərəfdən, YouTube-dan fərqli olaraq, Instagram-ın hələlik birbaşa baxış sayına əsaslanan gəlir bölgüsü modeli təqdim etmədiyi, lakin bəzi yaradıcılara birbaşa maliyyə dəstəyi göstərdiyi bildirilir. Instagram-ın bu cəsarətli addımı sosial mediada video rəqabətinin tamamilə yeni müstəviyə keçəcəyindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button