TexnologiyaTexnologiya Xəbərləri

“NVIDIA, GPU kartelidir və bütün nəzarəti öz əlinə alıb”

Bu fikirlər AMD'nin keçmiş rəhbəri tərəfindən paylaşılıb.

Wall Street Journal-da çap olunan bir məqaləyə əsasən, NVIDIA, müştərilərin alternativ GPU-lara yönlənmə ehtimalında GPU sifarişlərini gecikdirir. Bu, yeni bir süni intellekt çip istehsalçısı olan GroQ şirkəti tərəfindən ifadə olunub. Bu tip müştərilər, NVIDIA-nın sifariş olunan məhsulların tədarükünü gecikdirə biləcəyi qorxusu ilə alternativ süni intellekt donanımları axtarışında daha həssasdırlar.
 

Groq-un CEO-su Johnathan Ross, bəzi müştərilərin artıq rəqib süni intellekt çip istehsalçıları ilə əlaqə saxlamaqdan qorxduqlarını ifadə edib. Bu müştərilər əsasən əvvəlcədən nağd ödəniş edir və yeni donanımın tədarükü üçün bir ilə qədər gözləməyə məcbur qalırlar. Gecikmə olduqda belə, bəzi müştərilər alternativ seçimləri düşünməkdən çəkindikləri üçün yenə gözləmək məcburiyyətində qalırlar.

Sizə maraqlı gələ bilər  DirectSR, müxtəlif "upscale" texnologiyalarını bir interfeys altında birləşdirməyi hədəfləyir.
AMD Radeon-un keçmiş baş vitse-prezidenti və baş meneceri Scott Herkelman, NVİDİA-nın müştərilər, OEM-lər və AIB-lərlə oxşar taktikalardan istifadə etdiyini iddia edir və bu, satıcılar və hətta mətbuata da təsir edir.Herkelman həmçinin qeyd edib ki, GeForce Tərəfdaş Proqramı (GPP) ətrafında yaranan mübahisələrdən sonra NVIDIA daha ehtiyatlı yanaşmağa başlayıb. GPP ilə bağlı təfərrüatlar ortaya çıxdıqdan sonra şirkət media və qrafika həvəskarlarının sərt tənqidinə məruz qaldı və nəticədə proqramı ləğv etmək məcburiyyətində qaldı.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button