NVIDIA və Mediatek əməkdaşlığı artıq rəsmiləşib.
Bu əməkdaşlıq yeni nəsil monitorlar üçün əhəmiyyətli bir addımdır. Əvvəllər, orijinal G-Sync texnologiyası monitorların daxilinə yerləşdirilən xüsusi çip vasitəsilə işləyirdi, bu da 1-170Hz diapazonunda stabil performans təmin edirdi. Bu texnologiya, aşağı gecikməli HDR və ULMB kimi əlavə xüsusiyyətlər təklif edirdi, lakin bahalı olduğuna görə geniş kütlə arasında yayılmadı.
Sonradan çıxarılan G-Sync compatible texnologiyası, əslində, FreeSync, yəni adaptive sync texnologiyası ilə eyni idi. Bu həll pulsuz olduğu üçün geniş yayıldı, lakin G-Sync-in bəzi üstünlüklərindən məhrum idi. Buna baxmayaraq, FreeSync texnologiyası zamanla inkişaf edərək kifayət qədər yaxşı alternativə çevrildi. Bu səbəbdən, hazırda bazarda orijinal G-Sync monitorlarını tapmaq çətinləşib, və hətta NVIDIA istifadəçiləri də G-Sync compatible adı altında FreeSync texnologiyasından istifadə edirlər.