OyunOyun İcmalı

ROBOCOP: ROGUE CITY OYUN İCMALI

Bu oyunu ilk dəfə görəndə indie oyun bilib oynamaqdan çəkinmişdim. Daha sonra dostumun təkidi ilə oyunu yüklədim. Və hal-hazırda 10 saatı geridə buraxmışam və oyundan çıxa bilmirəm. Sizə deyim çox belə bomba oyundur, böyük oyundur, yox elə deyil. Ama öz çapında super bir oyundur. Bəs bu oyunda bəyəndiklərim nədir?

Oyunun hekayəsini çox bəyəndim. Hekayə asta temlə irəliləyir və bizi oyun qalmağa vadar edir. Həvəslə növbəti bölümləri gözləyirsən. Çünki hekayə maraqlıdır və oyun bizə seçimlər verir. Bu seçimləri etmək sizə bağlıdır və cüzi də olsa hekayənin axarını dəyişir. Dialoq keyfiyyətini də çox bəyəndim.

Xarakterlər barədə fikrim bir o qədər də müsbət deyil. Lakin bəyənmədim də deyil. Xarakterlər biraz ruhsuz və qurudur. Xüsusən də baş qəhrəmanımız Robocop. Hadisəyə reaksiyaları çox zəifdir. Sanki 2000-ci illərdə çıxan bir oyunu oynayırıq. Lakin dialoq keyfiyyəti yaxşı olduğundan bu mənfi cəhəti biraz da olsa ört-basdır etdi. Lakin qrafik cəhətdən xarakterlərin üz animasiyaları və cizgiləri superdir.

Qrafiklər demişkən, qrafikləri çox bəyəndim. Yeni nəsil bir videokartıvız varsa super görüntü ilə qarşılaşa bilərsiniz. Və sistemimizi çətinə salan parametrləri var oyunun. Bir növ yeni nəsil qrafikli oyundur. Ama görüntü və xüsusəndə yerdə qalan suyun, bacadan çıxan tüstünün effektləri realistik hazırlanıb.

Oynanış barədə fikrim biraz qatmaqarışıqdır. Vuruş hissi düşmənə vurdunmu oturur o heç. Sonuncu dəfə Rockstar oyunlarında bu cür əyləncəli vuruş hissi görmüşdüm. Lakin silah tutmada, çevirmədə bir qəribəlik var. Sanki, ilk dəfədir FPS oyunu oynuyurmuşam kimi gəldi mənə. Amma sonradan öyrəşə bildim.

Sizə maraqlı gələ bilər  The Day Before qara bazara düşdü

Oyunda qismən açıq dünya var və getdiyimiz bölgələrin xəritələri olur. Həmin xəritələrdə siz yan missiyalar keçməklə xal qazanırsız və polislik borcunuzu yerinə yetirib, insanlara kömək edirsiz. Həqiqətən də bu oyunda özümü polis kimi hiss etdim. İnsanlara kömək etmək, onların bir polis kimi mənim köməyimə ehtiyacı olduğunu görmək ləzzət edirdi. Sonra bu qazandığımız xallarla istedad ağacında yeni istedadları açmağımız lazımdır. Bunu mütləq edin, yəni xarakteri gücləndirin mütləq çünki lazımınız olacaq. Oyunun irəli bölümlərində elə boss savaşları olur ki, adamın gözündən yaş gəlir lap.

Bu arada xarakterimiz Robocop yəni Murphy-nin qismən supergücləri də var. Məsələn bir motosikleti və ya bir çəni qaldırıb düşmənin üstünə ata bilirsiz. Cinayət izlərini gözlərinizdəki cihazla görə bilirsiniz.Bir qədər xarakterimizin ləngliyi məni üzdü. Daha atletik olsa idi super olardı. Ama təbii ki, bu da başa düşüləndir. Ağır bir robotuq oyunda…

Və bir də mənə görə oyunda ən böyük əksik maşın sürmə mexanikasının olmamasıdır. Məncə bizə təhkim edilən polis maşınını sürə bilsəydik əla olardı. Qismən açıq dünya xəritədə polis şerifi kimi fırlanmaq havalı olardı deyil mi? Xüsusən də belə qrafikalarla.

Ələxsus, oyunu bəyəndim. Oyun böyük açıq dünyalar bizə təqdim etməsədə dolu bir oyundur. Hər qıraq bucağında maraqlı bir hekayə qırıntısı var. Boş dünya deyil bəzi oyunlar kimi.

Oyuna verəcək xalım budur: 7.5/10

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Back to top button