Texnologiya

Sərfəli internet paketləri

Bildiyiniz kimi internet paketlərinə günü gündən qiymət artımı gəlir. Bu mövzuda sizə internet paketləri haqqında məlumat verəcəm və sizin üçün sərfəli olan paket haqqında yazacam.

Əvvəlcə onu deyim ki, Azercell və Bakcell normal paketlərində 500MB, 1GB, 5GB və 10GB qiymətlərini eyni edib (3AZN, 5AZN, 10AZN və 15AZN). Amma 25AZN paketlərində Azercell 30GB təqdim edərkən Bakcell 25GB+gecə limitsiz təklif edir. Hər iki paketin özünə görə üstün və əksik yanları var. Həmçinin hər 3 operatorun internet paketlərinin cədvəlini altda qeyd edəcəm.

İndi isə keçək ən sərfəli internet paketinə. Bildiyiniz kimi hazırda Azercellin İsteSən tarifi var. Bu tarif ilkin olaraq sizə 7AZN-ə ölkə daxili 30 dəqiqə və 3GB internet verir. Digər bölmərə toxunmadan sadecə internet paketini artırdıqda 5GB 8.70AZN-ə (digər paketlərdən 1.30AZN daha ucuz), 10GB 12.70AZN-ə (digər paketlərdən 2.30AZN daha ucuz) təqdim olunur.

Sizə maraqlı gələ bilər  Nintendo Switch 2 xüsusiyyətləri və qiyməti açıqlandı!

Həmçinin bu şəkildə interneti maksimum 15GB-a qədər artıraraq 16.80AZN əldə etmiş olcaqsınız.

Operatorların təklif etdikləri aylıq internet paketləri

Bakcell

Daxil olan trafikPaketin qiyməti
 500 MB3 AZN
 1 GB5 AZN
 5 GB10 AZN
10 GB15 AZN
25 GB+gecə limitsiz25 AZN
 50 GB30 AZN

Azercell

Daxil olan trafikPaketin qiyməti
 500 MB3 AZN
 1 GB5 AZN
 5 GB10 AZN
10 GB15 AZN
30 GB25 AZN
 50 GB30 AZN

Nar Mobile

Paketin adıDaxil olan trafikPaketin qiyməti
XS 60 MB1 AZN
S 250 MB2 AZN
M+ 800 MB 4 AZN
L 1.5 GB6 AZN
L+ 5 GB10 AZN
XL 9 GB + Limitsiz
gecə İnterneti
14 AZN
2XL20 GB + Limitsiz
gecə İnterneti
25 AZN
3XL 40 GB + Limitsiz
gecə İnterneti
35 AZN

Related Articles

Back to top button