TexnologiyaTexnologiya Xəbərləri

Sony, məhkəmə qarşısında cavab verəcək!

Sony, PlayStation Store qiymətləndirməsi ilə bağlı 7.9 milyard dollar cəza ödəyə bilər.

Sony, Birləşmiş Krallıq’da 5 milyard sterlin (7.9 milyard dollar) dəyərində cəzalandırıla bilər. Bu qərar, məşhur tükədici hüquqları təşkilatı Consumer Voice’un təsisçisi və tanınmış hüquqşünas Alex Neill tərəfindən Birləşmiş Krallıq’da yaşayan 8.9 milyon PlayStation istifadəçisinin adına 19 avqust 2022 tarixində verilmişdir.

İddiaya görə, Sony rəqabətin olmadığı əsası ilə, PlayStation Store’da oyun satışları və oyun içi alımlar üçün çox yüksək qiymətlər tətbiq edir və eyni zamanda müəlliflərdən və oyun yayımçılarından 30% komissiya götürür. Bu, Sony’nin müştərilərinə bu xidmətləri təmin etdikdəki xərclərə nisbətən uyğunsuz hesab olunub.

Rəqabət Tribunalı (CAT), Alex Neill üçün qərar qəbul edib.Alex Neill bir bəyanatda deyib:

“Bu, tükəticilərin Sony-nin onlara qaytarılması lazım olan məbləğin əldə edilməsi üçün ilk addımdır. Əhəmiyyətlidir ki, rəqabət məhkəməsi, Sony-nin hərəkətlərini izah etmək üçün onları məhkəməyə çağırıb.

Sizə maraqlı gələ bilər  Oyun tarixinin ən böyük balonu

“Sony, illərdir PlayStation oyunçularının bağlılığını suiistifadə edib və onlardan həddindən artıq yüksək pul alıb. Bu addım ilə, biz bu qanunsuz davranışa son qoymaq və müştərilərin təzminat almasını təmin etmək istəyirik.”

Neill’in gələcəkdəki hüquqi mübarizədə uğur qazanması halında, 2016-cı il avqust ayının 19-dan 2022-ci il avqust ayının 19-dək PlayStation Store üçün rəqəmsal oyun və ya satın alımı gerçəkləşdirmiş hər bir Birləşmiş Krallıq istifadəçisi £67 ilə £562 arasında məbləğ tələb edə bilər. Məhkəmə hələ də davam edir

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Həmçinin baxın
Close
Back to top button