SSD qiymətləri gələn ildən 55% yüksələ bilər
SSD və NAND məhsulları üçün qiymətlərdə böyük bir artım gözlənilir, hətta bəzi mənbələrdə bu artımın 55% qədər olacağını deyirlər.
“Western Digital və digər SSD istehsalçıları, Geniş NAND Qiymət Artımına Hazırlaşır, SSD-lərin Bahalılaşması Gözlənilir
SSD sənayesi uzun müddət böhrandan əziyyət çəksə də, sərt tədbirlər sayəsində iqtisadi bərpa mümkün olub. 2021-ci ildə dünya nüfuzlu IC-nin qıtlığı baş verməsindən sonra SSD segmentində başlayan çətinliklər, 2022-ci ildə təchizatın bərpası ilə düzəlmiş olsa da istifadəçi marağının artıq azalmasına səbəb olmuşdu.Ona görə də şirkətlər azalan marağa qarşılıq qiymət artımı edərək gəlirlərini qorumağa başlayıb.MyDrivers tərəfindən yayılan məlumatlara görə, Phison, 2023-cü ildən bu yana sürətli qiymət artımını doğrulayıb. Şirkət gəlirini ayda təxminən 5% artıraraq NT$5.407 milyard olaraq qeyd edib, bu da şirkət üçün olduqca yüksək göstəricidir.
Qiymət artımına işarə edən tək şirkət Phison deyil.Western Digital, NAND çip qiymətləri barəsibdə müştərilərinə böyük bir “55% artım” barədə xəbərdarlıq edib. Şirkət, bu artımın səbəbini deməsə də, bunun azalan maraqdan yaranmış maliyyə böhranı ilə əlaqədar olması güman olunur.
Samsung və SK Hynix kimi digər şirkətlər artıq depolama məhsullarında qiymət artımını tətbiq ediblər və digərləri də bu addımları izləyirlər. Ona görə, əgər SSD almağı düşünürsünüzə, bunu etmək üçün tələsməyinizdə fayda var.