Oyun

Oyunlar almaq üçün tələsin

Qara cümə endirimləri başladı.

Bildiyiniz kimi noyabr ayının 20-si çox üzücü bir xəbər aldıq. Artıq Steam vasitəsilə Türkiyədə lirə ilə oyun almaq mümkün olmayacaq. Steam Türkiyədə lirənin dollar qarşısında qeyri-stabil cizgisindən sonra qərara gəldi ki, işləri stabilləşdirsin. Yəni stabil qiymətlərə oyunlar alınsın. Və qardaş ölkə Türkiyəni ərəb ölkələri oyun qiymətləri qrupuna daxil etdi. Yəni bu ölkələrdə qiymətlər necə olacaqsa Türkiyədə də o cür olacaq. Dediyim kimi, bölgə qiymətləri qalır. Yəni məsələn, Cyberpunk 2077 oyunu Amerikada 60 dollardısa Türkiyədə də 60 dollar deyil, 40 dollardır. Ama lirə ilə daha ucuz idi.

Ama artıq o dövr 20 noyabr etibarı ilə getdi. Türkiyədə steamın bu qərarı böyük etirazla qarşılandı və steam-i boykot edənlər də az olmadı. İndi axışıblar Steam-in rəqibi, bir digər nəhəng oyun mağazası Epic Games-ə. Hələki burada türk lirəsi ilə oyun almaq olur. Və üstünə birdə Black Friday yəni, qara cümə endirimləri də əlavə olunanda çox sərfəli qiymətlər meydana çıxır. Black Friday endirimləri noyabrın sonlarına kimi davam edəcək. Bundan əlavə Ubisoft store, Ea Games store kimi mağazalarda da qiymətlər əlçatandır. Məsələn Ubisoftun Assassin’s Creed seriyası, Ea Games-in Need for Speed seriyası, EA Sports – köhnə adı ilə Fifa seriyası böyük endirimdədir. Məndən sizə tövsiyə girin yararlanın.

Sizə maraqlı gələ bilər  “Qarabağ” EA FC 25-də yer alacaq!

Bəs Azərbaycanda oyunlara bölgə qiymətləri gəlməsi mümkündür mü? Mən açığı inanmıram. Çünki bizdə ümumiyyətlə oyun sektoru çox zəif inkişaf edib. Yəni steam-in ya da digər böyük firmaların burada bölgə qiymətləri təyin etməsi real deyil. Böyük firmalar o zaman bir bölgədə qiymət təyin edirlər ki, o bölgədə onların oyunları çox satılsın. Bizdə isə satışlar dollar ilə həyata keçirildiyindən və baha olduğundan oyun almaq biraz çətin məsələdir. Amma bir gün ölkəmizdə də manat ilə oyun almağın mümkün olacağını ümid edirəm. Hə birdə onu deyim ki, Türkiyədə oyunlar bizdən daha çox satılır. Ona görə də hər hansı bir böyük firma Steamda öz oyununun qiymətini aşağı endirə bilər. Ama bu da bundan sonra inandırıcı deyil.

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button