TexnologiyaTexnologiya Xəbərləri

Yanvar ayı son illərin ən dolu ayı ola bilər

RTX 4070 Super, Intel 14th gen Core və AMD RX 7600 XT çıxışı məhz bu ay planlanıb

Bu həftə keçiriləcək CES 2024 tədbirində Intel 14th nəsil K olmayan və mobil variant Core-HX seriyasını təqdim edəcək. MSI, Gigabyte və Asus kimi şirkətlər canlı yayım açaraq öz oyun laptoplarını paylaşacaqlar. ASUS həm də yeni bir monitor təqdim etməyə hazırlaşır.

Daha əvvəl RTX 40 Super seriyasının Yanvar ayında çıxacağı barədə məlumat vermişdim. Nvidia, CES 2024’dən sonra “Special Key” adlı tədbir keçirəcək və RTX 40 Super seriyasını təqdim edəcək. Bu seriyada daha öncə də qeyd etdiyim kimi, RTX 4080 Super, RTX 4070 Ti Super və RTX 4070 Super modelləri var. Hər birinin çıxış və embarqo tarixi fərqli olacaq və plana görə Yanvarın 17, 24, 31 tarixlərində baş verəcək.

Sizə maraqlı gələ bilər  GeForce RTX 4070 Super ekran kartı görüntüləri sızdırıldı

AMD, rəqiblərindən fərqli olaraq bir tədbir və ya canlı yayım təşkil etməyəcək. Ryzen 8000 seriyasını dekabrın əvvəlində rəsmi olaraq təsdiqləmiş və bu seriya ilə təchiz olunmuş laptopların, mini PC’lərin və əl konsollarının bu ilin ilk rübündə satışa çıxarılacağını açıqlamışdı.Əlavə olaraq, yeni bir videokartın çıxışı da təsdiqlənib.RX 7600 XT bu ay rəsmi olaraq çıxacaq.Lâkin tarix hələ dəqiq deyil, ayın 24-ü olacağı güman edilir.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button