Oyun

DEKABRIN 7-Sİ İLİN OYUNU SEÇİLƏCƏK

Dekabrın 7-si axşam saatlarında The Game Awards tədbiri keçiriləcək. Bu tədbirdə yeni oyunlar elan ediləcək və bir çox nominasiya üzrə ilin oyunu seçiləcək. Qalib oyunçular arasında səsvermə yolu ilə seçiləcək. Bu oyunlar arasında 2023-cü ilə öz damğasını vuran bir neçə məşhur əl işi var:

Baldurs Gate 3

Resident Evil 4 Remake77

Spiderman 2

Alan Wake 2

The Legend of Zelda: Tears of the Kingdom

Bu oyunlar bütün 2023-cü ili əhatə edən oyunlar deyil. Sadəcə onlar arasından önə çıxanlardır və ən yaxşılardır. Nintendo nəhəngi Zelda markasına marağım yoxdur, izometrik oyunları da çox sevmirəm deyə Baldurs Gate 3-ü oynamamışam. Ama bu oyunu pisləyən görmədim. Resident Evil 4 Remake isə indiyə qədər çıxan ən yaxşı remake-lərdən hesab edilir. Qorxu və zombili ekşn janrında əvəzolunmaz işdir.

Əgər qorxu və psixoloji gərginliklə bağlı dərin bir hekayə istəyirsizsə Alan Wake 2 sizin üçün əvəzolunmaz oyun olacaq. İlk oyunu 2010-cu ildə çıxan bu seriya 2-ci oyunu ilə bərabər ilk oyunun üstünə çox şey qoyub. Qrafiklər möhtəşəm, vuruş hissi tutarlı və ən əsası hekayə cəhətdən sizi o dünyanı yaşamağa imkan yaradır.

Sizə maraqlı gələ bilər  Okeanın ortasında sağ qalma macərası "Age of Water" elan edildi!

Spiderman 2 oyunu da ilin ən yaxşılarındandır. İlk oyunun üstünə əlavə edilmiş özəlliklərlə birgə daha modifikasiya olunmuş Spiderman alınıb. Venom, Kraven və digər boss-lar oyuna gəlib. İlk oyundaki Peter Parker və DLC-dəki Miles Morales-lə birgə oynayacağıq bu oyunu. Yəni iki xarakteri də idarə edə biləcəyik. Bunnan əlavə xəritə də bir xeyli böyüyüb və yeni yan missiyalar əlavə olunub. Qrafikdən danışmağa ehtiyac yoxdur, çünki qrafiklər birinci oyunda da super idi. Qeyd edim ki, bu oyun Playstation 5 konsoluna özəldir. PC-yə gəlməyib ama 1-2 ilə gələcək çox güman.

Bəs sizin fikrinizcə ilin oyunu hansı olacaq ?

 

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Həmçinin baxın
Close
Back to top button