Gta 6 trailer videosu ilə rekord üstünə rekord qırdı. Youtube platformasında 148 milyon izlənən oyun videosuna çətin rast gələsiniz. Amma oyun Rockstar-ındısa buna təəcüblənmək lazım deyil. Bu oyunun gəlişi oyun dünyasında böyük hype yaratdı. Əsas da pc oyunçuları tərəfindən. Çünki GTA 5 oyunu çıxandan sonra Rockstarın çörəyi GTA Online-dən çıxırdı və bunun da əksəriyyətini pc oyunçuları təşkil edirdi.
Amma hər zaman olduğu kimi Rockstar oyunun sadəcə Playstation 5 və XBOX X,S series konsollarına gələcəyini bildirdi. PC üçün isə heç bir elan verilmədi. Oyunun 2025-ci ilin aprel ayında çıxacağı güman olunur. Bəs görəsən bu oyunu oynaya bilmək üçün pc oyunçuları gedib konsol almalıdır yoxsa gözləməlidir ?
Deyilənə görə 2026-cı ildə oyun pc-yə gələcək. Rockstar GTA 5 oyununda da Red Dead Redemption 2 oyununda da ilk öncə oyunu konsollara sonra isə pc-yə çıxarmışdı. Yəni bu adət halını alıb. Köhnə Rockstar işçiləri bu haqqda danışıb və bildiriblər ki, Rockstarın əsas satış hədəfi Playstation-dur, burada kifayət qədər satışları etdikdən sonra oyunu pc-yə çıxara bilərlər. Həm də PC parametrləri konsolların əksinə olaraq stabil deyil. Fərqli-fərqli sistemlər var. Buna görə də Rockstar oyunu lazım olan kimi port edə bilmir və bunun da üstündə indi işləmək istəmir. Əsas fikirlərini konsollara cəmləyiblər. Konsollarda isə parametrlər sabit olduğundan oyunu port etmək asandır. Hətta oyunun konsollarda belə 30 FPS-də işləyəcəyi bildirilir. Görək hadisələr necə cərəyan edəcək…