OyunOyun XəbərləriTexnologiyaTexnologiya Xəbərləri

Microsoft, növbəti Xboxlar haqqında məlumat paylaşıb.

Bir sonrakı nəsil böyük bir texniki sıçrayışa sahib ola bilər.

Xbox prezidenti Sarah Bond, gələcək hardware-in “tarixdəki ən böyük texniki sıçrayışı” təmin edəcəyini vurğulayıb. Həmçinin, tətil mövsümündə bəzi donanım yeniləmələrini gözləyə biləcəyimizi qeyd edib.

 Tətil ərəfəsində paylaşacağımız donanımlarla bağlı heyranedici şeylər var. Həmçinin, yeni nəsil yol xəritəmizə investisiya edirik. Fokuslandığımız şey, oyun üçün və yaradıcılar və onların inşa etdikləri vizyonlar üçün tarixin ən böyük texniki sıçrayışını təqdim etməkdir.

— Sarah Bond, Xbox Prezidenti, Microsoft

“Brooklin” kod adlı bu konsol, Xbox Series X’in yenilənmiş bir versiyasıdır. Bu konsolda 2TB seçimi və WiFi 6E dəstəyi təklif olunacaq. Həmçinin konsolun kub deyil, daha çox bir silindir dizaynına sahib olduğunu görürük.

Sizə maraqlı gələ bilər  GTA 6 fayl ölçüsü haqqında məlumatlar yayıldı!

Phil Spencer, mövcud donanım yenilənmələri haqqında səssiz qalsa da, potensial Xbox portativ cihazına maraq duyduğunu açıq aşkar biruzə verib. The Verge ilə olan müsahibə zamanı, Spencer, ASUS ROG Ally veya Lenovo Legion Go kimi cihazları bəyəndiyini etiraf edib.Hətta, bu cihazlar üçün ən büyük mənfi cəhətin elə Windows ƏS olduğunu vurğulayıb.Bu səbəbdən Microsoft Windows ƏS’ni bu cihazlara uyğun hala gətirmək üçün fəal bir şəkildə çalışır.

Microsoft həmçinin bəzı Xbox exclusive oyunlarının digər platformlara (Sony PlayStation 5 və Nintendo Switch) gələcəyini təsdiqləyib. Xbox Game Pass istifadəçiləri isə Mart ayından etibarən Diablo 4 oynaya biləcək.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin baxın
Close
Back to top button