Bildiyiniz kimi, 2020-ci ildə The Last of Us part II ilə seriyaya son qoyulmuşdu. Nə qədər 3-cü oyunun xəbərləri gəlsə də hələ də ortada rəsmi birşey yoxdur. Ama Naughty Dog firması neçə vaxtdır ki, The Last of Us Multiplayer yəni, çox oyunçulu The Last of Us üzərində işlədiyini deyirdi. Təsəvvür edin, Pubg kimi bir The Last of Us…
Bu gün isə firma rəsmi açıqlama yaydı və bildirdi ki, artıq bu oyun ləğv edildi və çıxmayacaq. Ağıllarında çox gözəl fikirlər olduğunu qeyd edən firma rəsmisi, buna baxmayaraq artıq tək oyunçulu, hekayəli oyunlar üzərində çalışacaqlarını bildirdi. Məncə elə normalı budur, hər firma öz işini peşəkar şəkildə görsə daha çox satış edər.Bəs siz necə düşünürsüz ?