Texnologiya

PlayStation 5, PC ilə müqayisədə bəzi üstünlüklərə sahibdir

SIE vitse-prezidenti belə deyib.

PC oyunçuluğu daha da populyarlaşsa da, Sony Interactive Entertainment Vice President Hideaki Nishino, PlayStation 5 konsolunda oyun oynamanın bir sıra üstünlükləri olduğunu iddia edir.

Nikkei Asia ilə görüşdə SIE rəhbəri, mobil və PC oyunçuluğu ilə əlaqədar suallara cavab verdi.O, istifadəçilərin PlayStation 5 ilə eyni performansa sahib olması üçün yüksək vaxt və pul xərcləmələri lazım olduğunu vurğulayıb . Yəni, konsol istifadəçilərinə hər hansı bir oyunu, qutudan çıxarıldığı kimi rahatlıqla oynamaq imkanı təmin edir.Lakin PCdə işlər daha qarışıq və qəliz ola bilir.

Eyni müsahibədə, Sony Interactive Entertainment Vice Presidenti, yeni PlayStation 5 modeli və PlayStation Portalın buraxılması ilə bağlı fikirlərini bölüşərək, bu cihazların PS5-in həyat dövrünün ortasında, ilin sonunda satışları artırmağa nail olmağa çalışdığını vurğuladı. Konsolun bacarıqlarından tam istifadə edən ilk oyunların, məsələn, Spider-Man 2 kimi, çıxarılmasının da satışları artırması gözlənilir.

Sizə maraqlı gələ bilər  Gta 6 haqqında son bilgilər

PlayStation 5 üçün gələcək hardware yenilikləri və periferik cihazlar haqqında ətraflı məlumat yoxdur.Lakin bir Pro modelinin bu ilin sonlarına doğru çıxacağı deyilir. Yeni model, ray tracing performansını artırmağın əlavəsi ilə birlikdə digər imkanlar təqdim edəcək.

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button