
Texnologiya dünyasında böyük maraq doğuran POCO X8s rəsmi təqdim edildi. Kiçik ölçüləri, yüksək performansı və böyük batareyası ilə seçilən yeni smartfon, qiymət-keyfiyyət nisbətinə görə öz seqmentində fərqlənməyi hədəfləyir.
POCO X8s-in Əsas Texniki Özəllikləri:

-
Ekran: 6,35 düymlük, 1.5K təsvir ölçülü, 120Hz yenilənmə tezliyi və 3500 nit maksimum parlaqlıq təklif edən LTPO AMOLED panel. İncə və simmetrik çərçivələri ilə vizual keyfiyyəti üst səviyyəyə qaldırır.
-
Prosessor: Məhsuldarlığı ilə seçilən Snapdragon 7 Gen 4 çipseti.
-
Yaddaş: 8 GB / 12 GB operativ yaddaş (RAM) və 256 GB / 512 GB daxili yaddaş seçimləri.
-
Kamera: Əsas 50 MP (Light Fusion 800 sensoru), 50 MP telefoto və 8 MP ultra-geniş bucaqlı üçlü kamera sistemi.
-
Batareya və Şarj: Yığcam korpusuna baxmayaraq 6330 mAh həcmində böyük batareya və 100W sürətli şarj dəstəyi.
-
Əlavə İmkanklar: IP68 su və tozdan mühafizə standartı, ultrasəs ekranaltı barmaq izi skaneri, 5G və Android 16 əsaslı HyperOS 3 əməliyyat sistemi.
POCO X8s Qiyməti
Təqdim olunan modelin qlobal bazardakı satış qiymətləri aşağıdakı kimidir:
-
8 GB RAM / 256 GB yaddaş: 399 $
-
12 GB RAM / 512 GB yaddaş: 499 $
Güclü göstəriciləri və rahad istifadə olunan ölçüsü ilə POCO X8s orta-üst seqmentdə ciddi rəqabət yaradacaq kimi görünür.




