Oyun Xəbərləri

Spiderman oyununu çıxaran şirkət hack edildi…

Firmalar artıq həyəcan təbili çalır...

Bu səhər oyun dünyası şok bir xəbər eşitdi. Məşhur oyun şirkəti Insomniac Games, Rhysida hacker qrupunun hədəfinə tuş gəlib. Onlar şirkətdə işləyən bir çox işçinin şəxsi məlumatlarını ələ keçiriblər. Ən pisi də odur ki, çıxacaq olan Marvel Wolverine oyunundan görüntülər də sızdırılıb. Qrup bu ilin may ayında yaradılıb, Londonda bir kitabxanaya və xəstəxanaya kiber hücum təşkil edib.

Növbəti hədəfləri Insomniac Games şirkətidir və bu bilgilərin paylaşılmaması üçün şirkətdən 50 bitcoin istəyirlər. Bu da kağız pula çevirsək 2.1 milyon dollar edir. Insomniac Games-in bu hücuma cavab tədbirinin necə olacağı, ödənişi edib etməyəcəyi bilinmir.

Sizə maraqlı gələ bilər  The Last of Us oyunu ləğv edildi

Ümumiyyətlə firmalar son zamanlar tez-tez kiber hücumlara məruz qalırlar. Gta 6-nın keçən il yayılan videoları buna əyani sübutdur. Ona görə də bu dəyən ziyanın qarşısının alınması üçün kiber qorunmanın dərəcəsini artırmaq şərtdir.

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button